Docsity
Docsity

Prepare for your exams
Prepare for your exams

Study with the several resources on Docsity


Earn points to download
Earn points to download

Earn points by helping other students or get them with a premium plan


Guidelines and tips
Guidelines and tips

juvenile interrogation, Summaries of Criminology

UPON ARRESTING A JUVENILE (A CHILD BETWEEN 7 AND 17 YEARS OF AGE), THE POLICE ARE REQUIRED BY STATUTE TO NOTIFY A PROBATION OFFICER AND THE JUVENILE'S PARENT OR GUARDIAN AND TO INQUIRE ABOUT THE CASE. EVEN IN THE ABSENCE OF THE STATUTORY MANDATE, POLICE OFTEN FIND IT NECESSARY TO INTERROGATE A JUVENILE ABOUT HIS OR HER INVOLVEMENT IN THE COMMISSION OF A CRIMINAL ACT. THE CONCEPT OF THE DUE PROCESS OF LAW HAS BEEN EXTENDED BY THE SUPREME COURT TO JUVENILE COURT PROCEEDINGS

Typology: Summaries

2020/2021

Uploaded on 01/22/2023

valehval
valehval 🇬🇧

1 document

1 / 12

Toggle sidebar

This page cannot be seen from the preview

Don't miss anything!

bg1
GİRİŞ İşin strukturu. Tədqiqat işi girişdən, iki fəsildən, nəticədən və istifadə olunmuş
ədəbiyyat siyahısından ibarətdir Mövzunun aktuallığı. Cinayət işinin açılmasında və sübuti
əhəmiyyətli kriminalistik məlumatların alınmasında dindirmə mühüm rola malikdir əsas
istintaq hərəkətlərindən biridir. Müşahidə və tədqiqatların əksəriyyəti onu göstərir ki, yüksək
təhlükəli cinayətkarların əksəriyyəti cinayətkar əməllərə daha erkən yaşlarından (yəni 18
yaşa çatmamış) qoşulmuş şəxslərdir (Bəxtiyar Əliyev, s. 446). Bu faktları nəzərə alaraq,
yetkinlik yaşına çatmayanları cinayətə təhrik edən subyektiv, psixoloji səbəblərin
araşdırılması və uşaqlar arasında cinayətlərin profilaktikası mühüm əhəmiyyət daşıyır.
Yetkinlik yaşına çatmayanların hüquq sistemi ilə əlaqəyə keçməsi müxtəlif
səbəblərdən dolayı baş verə bilər. Məsələn; cinayət hadisəsi törətmə yaxud bu faktdan
asılı olmayan səbəblərdən - şahid, şübhəli şəxs ya təqsirləndirilən şəxs qismində.
Yetkinlik yaşına çatmayanların kriminal davranışını anlamaq, xüsusilə ciynayətkarın hər
hansı bir davranışını qiymətləndirmək üçün ilk növbədə cinayətkarın şəxsiyyətinin
öyrənilməsi, törətdiyi əməlin mənəvi, psixoloji hüquqi meyarda verdiyi zədələrin hansı
səviyyədə mövcud olduğunu nəzərə almaq lazımdır.
.
pf3
pf4
pf5
pf8
pf9
pfa

Partial preview of the text

Download juvenile interrogation and more Summaries Criminology in PDF only on Docsity!

GİRİŞ İşin strukturu. Tədqiqat işi girişdən, iki fəsildən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir Mövzunun aktuallığı. Cinayət işinin açılmasında və sübuti əhəmiyyətli kriminalistik məlumatların alınmasında dindirmə mühüm rola malikdir və əsas istintaq hərəkətlərindən biridir. Müşahidə və tədqiqatların əksəriyyəti onu göstərir ki, yüksək təhlükəli cinayətkarların əksəriyyəti cinayətkar əməllərə daha erkən yaşlarından (yəni 18 yaşa çatmamış) qoşulmuş şəxslərdir (Bəxtiyar Əliyev, s. 446). Bu faktları nəzərə alaraq, yetkinlik yaşına çatmayanları cinayətə təhrik edən subyektiv, psixoloji səbəblərin araşdırılması və uşaqlar arasında cinayətlərin profilaktikası mühüm əhəmiyyət daşıyır. Yetkinlik yaşına çatmayanların hüquq sistemi ilə əlaqəyə keçməsi müxtəlif səbəblərdən dolayı baş verə bilər. Məsələn; cinayət hadisəsi törətmə və yaxud bu faktdan asılı olmayan səbəblərdən - şahid, şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində. Yetkinlik yaşına çatmayanların kriminal davranışını anlamaq, xüsusilə ciynayətkarın hər hansı bir davranışını qiymətləndirmək üçün ilk növbədə cinayətkarın şəxsiyyətinin öyrənilməsi, törətdiyi əməlin mənəvi, psixoloji və hüquqi meyarda verdiyi zədələrin hansı səviyyədə mövcud olduğunu nəzərə almaq lazımdır. .

Fəsil 1. Yetkinlik yaşına çatmamış şəxslərin psixoloji xarakteristikası. 1.1. Yetkinlik yaşına çatmamış şəxslərin fərdi psixoloji xüsusiyyətləri. AR CPM-nin 428.2-ci maddəsinə nəzər saldıqda görürük ki, «cinayət prosesində yetkinlik yaşına çatmayan şəxslər dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür». CPM-nin 228.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya başqa formada təqdim etmək qabiliyyətinə malikdirsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. Kriminalistika və psixologiyada psixi inkişafından asılı olaraq yetkinlik yaşına çatmamış şəxsləri yaş dövrlərindən aslı olaraq aşağıda göstərilən 6 qrupa ayrılır:

  1. Bir yaşına qədər olan uşaqlar. Belə uşaqları dindirmək heç bir halda mümkün deyil.
  2. 1 yaşından 3 yaşına qədər olan uşaqlar. Bu yaş qrupuna daxil olan uşaqlar çox nadir hallarda dindirilirlər.
  3. 3 yaşından 6 yaşına qədər olan uşaqlar - məktəbəqədər yaşlı uşaqlar. Bu yaşda olan uşaqlar bir sıra xüsusiyyətlərlə səciyyələnirlər. Bu uşaqlar üçün səciyyəvidir; a) 3-6 yaşlı uşaqlar səbəb əlaqələrindən baş çıxarmır və onları qavraya bilmirlər. b) onlar mürəkkəb hadisələri tamlıqda, bütöv halda deyil, fraqmentlər şəklində, yəni yarımçıq şəkildə qavrayırlar. c) qavranılmış hadisələrin ikinci dərəcəli hallarını daha müfəssəl təsvir etməyə meyil göstərirlər. ç) bu yaşda olan uşaqlar bilavasitə qavradıqları şeylərə fantaziyanın köməyi ilə əlavələr edirlər yəni uydurmalara geniş yol verirlər. d) məktəbəqədər yaşlı uşaqlar yetkinlərin təsiri altına olduqca tez düşürlər.
  4. 6 yaşından 10 yaşına qədər olan uşaqlar, yəni kiçik məktəbyaşlı uşaqlar. Bu yaşda olan uşaqlar məqsədli qavrayış vərdişlərinə və məntiqi mühakimə qabiliyyətinə malik olurlar. Onlar eşitdikləri, gördükləri hadisələr haqqında az-çox əhatəli məlumat verə bilirlər. Lakin bunu da qeyd etmək lazımdır ki, bu yaş qrupuna daxil olan uşaqlar çox vaxt əsas məsələləri ikinci dərəcəli əhəmiyyətə malik olan şeylərdən ayıra bilmirlər. Həyat təcrübəsinin azlığını onlar təxəyyüllə əvəz etməyə çalışırlar.

1.2.Yeniyetmələrin cinayətkar davranışlarının motivləri Yeniyetmələrin cinayətkar davranışlarının motivlər sistemində iki qrup amilləri fərqləndirmək lazımdır. Həmin amillərə, birinci növbədə, yeniyetmələrin şəxsi keyfiyyətlərindən və yaş xüsusiyyətlərindən irəli gələn daxili psixoloji xüsusiyyətlər daxildir. Bu cəhətdən çətin yeniyetmələrin şəxsi keyfiyyətləri içərisində mühüm yer tutan: iradəsizlik, məsuliyyətsizlik, kobudluq, aqressivlik, konformizm (başqalarının təsiri altına daha asan düşmək və təqlidə meyil göstərmə) və s. onların cinayətkar davranış sistemində məhz əsas yeri tutur. Yeniyetmələrin cinayətkar davranışının motivlər kompleksində əksər hallarda mühüm yer tutan amillər içərisində xarici amillər, xüsusən də sosial amillər vurğulanmalıdır. İlk növbədə qeyd etməliyik ki, bu zaman yeniyetmələrin hansı ailə şəraitində yetişməsi, eləcə də kimlərlə nə cür əlaqə və münasibatdə olması haqqında məlumatların əldə edilməsi mühüm rol oynayır. İnsan xarakterinin, onun sosial simasının formalaşması daha çox erkən yaşlardan başlayır və bu onunla əlaqədardır ki, insan şəxsiyyətinin təməli mütləq hallarda ailədə qoyulur. Belə ki, yetkinlik yaşına çatmayanlara olan münasibət onların hələ də formalaşmaqda olan şəxsiyyətlərində müsbət və ya mənfi fərdi keyfiyyətlərin yaranmasına və onlarda bir sıra psixoloji dəyişikliklərə səbəb olur. Yetkinlik yaşına çatmayanların şəxsiyyətlərində mövcud olan keyfiyyətlərin mühüm qismi ailədə formalaşır. Yetkinlik yaşına çatmayanlar üzərində məhz ailə nəzarət funksiyasını yerinə yetirərək,onların davranışalarında yaranan kriminogen halların qarşısının alınmasında ən önəmli faktor kimi çıxış edir. İnsanın hansı psixoloji vəziyyətinin - halının onun öz davranışı üzərində şüurlu nəzarətinin zəifləməsinə təsirindən asılı olaraq, dörd impulsiv cinayətkar davranış tipi müəyyənləşdirilmişdir. Həmin cinayətkar davranış tipləri bu və ya digər dərəcədə yeniyetmələrin cinayətkar davranışlarına aid edilir. Buraya aşağıda qeyd edilən halətlər daxildir:  -affekt halında cinayət törətmə;  -xəstə vəziyyətində, yaxud yorğunluq halətində cinayət törətmə;  -sərxoş vəziyyətində cinayət törətmə;  -«sürətlə baş verən» cinayət. (3, s. 452)

Yeniyetmələrin cinayətkar davranışının motivləri sistemində “Sürətli baş verən cinayətlər” əhəmiyyətli yer tutur. Yəni belə davranış düşünülmədən, dərk edilməyən davranış tənzimləyicilərinin nəzarəti altında baş verir. Buradan belə nəticəyə gəlirik ki, yeniyetmələrin cinayətkar davranışının motivləri sistemi içərisində ya ümumən dərk edilməyən, ya da kifayət qədər anlaşıqlı dərk edilməyən motivlər mühüm rol oynayır. Ona görə də yeniyetmələrin cinayətkar davranışları tədqiq edilərkən həmin yaş dövründə cinayətkar davranışın motivlər sisteminin incəlikləri aydın və dəqiq şəkildə müəyyən olunmalıdır.

  1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün);
  2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti;
  3. yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi;
  4. yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkün olub-olmaması. Dindirməyə çağırılmamışdan əvvəl müstəntiq yetkinlik yaşına çatmayanın dindirilməsinə müfəssəl şəkildə hazırlaşmalıdır. Bəzi müəlliflər yetkinlik yaşına çatmayanların (xüsusilə şübhəli şəxsin) dindirilməsinə hazırlıq prosesi zamanı aşağıdakı təşkilati xarakterli taktiki üsullardan istifadəni məsləhət görürlər:
  5. Dindirmənin aparıldığı ana qədər mövcud iş materiallarının diqqətlə və hərtərəfli öyrənilməsi;
  6. Yetkinlik yaşına çatmayanın şəxsiyyətinin öyrənilməsi;
  7. Dindirmənin məqsədi, vəzifələri və predmetinin müəyyən edilməsi;
  8. Bu istintaq hərəkətinin aparılacağı yerin və vaxtın, habelə dindirməyə çağırılma üsulunun seçilməsi;
  9. Yetkinlik yaşına çatmayanın cinayətin törədilməsində iştirakını təsdiq edən maddi və digər sübutların təqdim etmə üçün hazırlanması;
  10. Əgər dindirmələr bir neçə dəfə keçiriləcəksə, onların icrasının ardıcıllığının müəyyən edilməsi;
  11. Tərcüməçinin, müəllimin və ya yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin dəvət edilməsi haqda məsələnin həlli;
  12. Əməliyyat məlumutlarından istifadə məqsədi ilə tədqiqat orqanları ilə qarşılıqlı əməkdaşlığın müəyyən edilməsi;
  13. Dindirilənə veriləcək suallar və onların ardıcıllığı göstərilməklə icra ediləcək dindirmənin yazılı planının tərtib edilməsi. (12, s. 57) Müstəntiq dindirməyə hazırlaşarkən yetkinlik yaşına çatmaya şəxsin dindirilmə şəraitinə də xüsusi diqqətlə yanaşmalıdır. Azyaşlı uşaqları onların vərdiş etdikləri şəraitdə (məktəb, uşaq bağçası, evdə və s.) dindirmək daha məqsədəuyğundur. Cinayət təqibi orqanlarının yerləşdiyi binalarda azyaşlı uşaqlarda cəsarətsizlik və qorxu hissləri yarana və bu dindirmənin gedişinə təsir göstərə bilər. Yeniyetmələrin, yəni əsasən yuxarı sinif şagirdlərinin daha rəsmi şəraitdə dindirilməsi mümkündür. Belə vəziyyətdə onlar, məsuliyyət hissini daha çox dərk edərək, öz ifadələrində həqiqəti söyləyəcəklər.

Dindirmə zamanı yetkinlik yaşına çatmayan şəxslərlə psixoloji ünsiyyətin yaradılmasında müstəntiqə köməklik göstərilməsi üçün müəllim (psixoloq) və zəruri hallarda isə həkimin dindirmədə iştirakı nəzərdə tutulur. Qüvvədə olan prosesual qanunvericiliyin tələbinə uyğun olaraq 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və ya onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır (CPM-nin 228.2-ci maddəsi). Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslər onların dindirmədə iştirak etmək, müstəntiqin icazəsi ilə öz irad və qeydlərini bildirmək və suallar vermək hüququ, habelə onların vəzifələri izah edilir. Müstəntiq verilmiş sualları rədd edə bilər, lakin onlar dindirmə prolokolunda mütləq qeyd edilməlidir. Həmin protokola, həmçinin dindirilmiş şəxsin və dindirmədə iştirak etmiş şəxlərin bütün qeydləri daxil edilməlidir (CPM-nin 228.3- cü maddəsi). Cinayət-prosesual qununvericiliyinə əsasən yetkinlik yaşına çatmayan şəxsin dindirilməsində iştirak edən müəllim mütəxəssis hesab edilir (CPM-nin 96.1-ci maddəsi). Bu səbəbdən müstəntiq müəllimə də onun 96-cı maddədə nəzərdə tutulan hüquq və vəzifələrini izah etməlidir. Dindirmədə iştirak edən müəllim müstəntiqə dindirilən yetkinlik yaşına çatmayanın psixoloji xüsusiyyətlərinindən irəli gələn halları müəyyən etməkdə, onunla psixoloji ünsiyyət qurulmasında və dindirilənə veriləcək sualların tərtibatında yaxından yardım göstərməlidir. Əlavə olaraq, müəllimin köməyindən dindirmə protokolu tərtib edilərkən dindirilən uşaq və ya yeniyetmənin nitqinin xüsusiyyətlərinin düzgün və müfəssəl fiksasiyasında istifadə oluna bilər. Yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi zamanı müdafiəçinin iştirakı məcburi xarakter daşıyır (CPM 432.2 və 92.3.5 maddələri).

Zərərçəkmiş şəxsin dindirilməsində onun müdafiəçisi, nümayəndəsi, habelə qanuni nümayandəsi iştirak edə bilər. Dindirmə başlamazdan əvvəl zərərçəkmiş şəxsin müdafiəçisinə və ya nümayandəsinə (qanuni nümayəndəsinə) onun hüquq və vəzifələri izah olunur və bu haqda protokolda qeyd aparılır. Protokolda göstərilən məlumatları zərərçəkmiş şəxs öz imzası ilə təsdiq etməlidir.Zərərçəkmiş şəxsin dindiriməsi zamanı onun təqsirləndirilən şəxslə qarşılıqlı münasibətlərinin olub-olmaması, cinayət törədilərkən təqsirləndirilən şəxsin (şəxslərin) hərəkətlərinin nədən ibarət olmasının, bu zaman zərərçəkmiş şəxsin özünün davranışının nədən ibarət olduğunun, zərərçəkmiş şəxsin sadalanan məsələlər barəsində verdiyi ifadalərlə cinayət prosesinin digər iştirakçılarının ifadələri (izahatlar) arasındakı ziddiyyətlərin səbəbinin və s. aydınlaşdırılmasına xüsusi diqqət yetirilməsi labüddür. Təqsirləndirilən şəxsi dindirmə təqsirləndirilən şəxsin ona elan edilən ittihamdan özünü müdafiə etməsi üçün mühüm vasitələrdən biri hesab olunur. Təqsirləndirilən şəxsin dindirilməsi aşağıdakı məqsədləri özündə birləşdirir:

  1. təqsirləndirilən şəxsin prosesual-hüquqi mövqeyini aydınlaşdırmaq;
  2. ondan ifadə almaq,
  3. özünü müdafiə etmək üçün dəlillər irəli sürməyə ona imkan vermək. İfadə vermək, yaxud ifadə verməkdən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsi yetkinlik yaşına çatmayan şahidin dindirilməsi ilə eyni prosedur qaydada həyata keçirilir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında müstəntiq tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun şəkildə protokol tərtib olunur.

NƏTİCƏ

Yetkinlik yaşına çatmayanların fərdi psixoloji xarakteristikası onlarla peşəkarların işləməsini tələb edir. Bu baxımdan da avropa praktikası inkişaf etdiyindən mühüm əhəmiyyət daşıyır. Almaniya Respublikasının Məhkəmə sisteminə nəzər saldıqda aşağıdakı növ məhkəmələrin mövcudluğuna şahid oluruq: 1. Mülki işlər üzrə, 2. Cinayət işləri üzrə, 3. İnzibati ədliyyə, 4. Maliyyə məhkəmələri, 5. Əmək işləri üzrə məhkəmələr, 6. Sosial ədliyyə,

  1. Konstitusiya məhkəməsi. Cinayət işləri üzrə məhkəmənin tərkibini nəzərdən keçirdikdə isə görürük ki, burada yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələr fəaliyyət göstərir. Bu məhkəmələrin xüsusiyyəti ondan ibarətdir ki, bu məhkəmələr 14 yaşdan 21 yaşınadək şəxslərin törətdiyi hüquq pozuntularına baxır. Almaniyada yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə tərbiyə və islah cəzaları tətbiq olunur, bunlar nəticə vermədikdə isə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bəzən yaş həddi ilə bağlı məsuliyyətə cəlbetmə mümkün olmur. Bu zaman iş himayəçilik işləri üzrə hakimə verilə bilər. 2017-ci ildə UNİCEF-in dəstəyi və yardımı ilə Ağır Cinayətlər Məhkəməsində uşaq otaqları yaradılmış və yuvenal hakimlər buraya təyin edilmişdir. Bu otaqların xüsusiyyəti ondan ibarətdir ki uşaq, qorxmadan, çəkinmədən dindirilir və onun işinə baxan hakimlər yuvenal ədliyyə sahəsinə bələd olduqları üçün məhkəmə zalında uşağa yanaşma da fərqli olur. Lakin işin mənfi cəhəti odur ki, bu sistem, sadəcə olaraq ağır cinayətlər məhkəməsində həyata keçirilir. Ölkəmizin hər bir bölgəsində yuvenal hakimlərin və məhkəmələrin olması məqsədəuyğundur. Ona görə ki, digər iri şəhərlərimizdə də cinayət törədən yetkinlik yaşına çatmamış şəxs öz yaşadığı ərazi üzrə tutulub məhkəməyə cəlb edildikdə, ixtisaslaşmış kadrlarla münasibətdə olmağı hər bir halda müsbət haldır. Təcrübə bunu göstərir ki, bir çox hallarda belə təcrübəsi olan mütəxəsislərin çatışmazlığı səbəbindən yetkinlik yaşına çatmayanlarla iş təcrübəsi və bu sahədə bacarıqları olmayan şəxslər işləməli olurlar. Yəni hər hansı qanun pozğunluğuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslər dindirilərkən bu kimi müəyyən qaydalara riayət edilməlidir. Məlum olduğu üzrə, uşaq psixikası hər cür kənar təsirlərə, o cümlədən mənfi təsirlərə qarşı olduqca həssasdır və deməli, tez zədələnə bilər. Bu zədənin ağrısı, nəticəsi uşağın gələcək həyatı, davranışı üçün faciəli ola bilər. Bu cəhət yetkinlik yaşına çatmamış şəxslərin dindirilməsi zamanı mütləq nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayanların dindirilməsi elə təşkil olunmalı və aparılmalıdır ki, onların psixikası zədələnməsin və bu onun gələcək inkişafına mənfi təsir